Slider

header ads

Yunanıstanda basketbol mövsümü başa çatdı




Koronavirusa görə bu mövsüm basketbol üzrə Yunanıstan çempionatı bərpa olunmayacaq.
Artıq liqa oyunçularının Həmkarlar İttifaqı ilə klub sahibləri videomüşavirə təşkil edərək razılığa gəlib.Bu məsələ həllini tapsa da, bəzi problemlər hələ qalmaqdadır. Belə ki, növbəti videomüşavirədə oyunçuların qalan müddətdə məvacibinin ödənilməsi və turnir cədvəlindəki vəziyyət müzakirə olunacaq.
İndiki məqamda mövsümün nəticələrinin ləğv olunması gözlənilmir. Böyük ehtimalla, yarış dayandırılan vaxt lider mövqeyində qərarlaşan “Panatinaikos” çempion elan ediləcək.