Slider

header ads

Sergey Qonçar: "MXL koronavirusa görə 1,2 milyard dollar ziyana düşüb"



MXL pandemiyaya görə 1,2 milyard dollar itirib.
“Pittsburq”un məşqçisi Sergey Qonçar Rusiya mətbuatına açıqlamasında hazırda vəziyyətin ürəkaçan olmadığını bildirib: “İndiki məqamda mövsümün bərpa edilib-edilməyəcəyi haqda heç nə demək olmaz. Hər şey ABŞ və Kanadada vəziyyətdən asılı olacaq. Karantin 6-8 həftədən sonra yekunlaşsa, biz müntəzəm çempionatı tamamlaya bilərik. Yox,əgər vaxt bir qədər də uzansa, dərhal pley-offdan başlamalı olacağıq. Mövsümün ləğvindən danışmaq istəməzdim, amma bu barədə müəyyən proqnozlar vermək olar. İndi liqa maliyyə böhranına məruz qalıb.Bizə bildiriblər ki, pandemiyaya görə MXL1,2 milyard avro itirib. Bu qədər ziyana düşüblərsə, demək mövsümü bərpa etmək üçün dəridən-qabıqdan çıxacaqlar”