Slider

header ads

Niderland klubları mövsümün ləğvini tələb edir



Niderland klubları mövsümün bərpasının əleyhinə çıxıb.
Ölkə mətbuatı yazır ki, artıq “Ayaks” federasiya qarşısında belə məsələ qaldırıb.Bu təşəbbüsü PSV və “Alkmaar” komandaları da dəstəkləyib. PSV-nin icraçı direktoru Toon Gerbrands koronavirusa görə bundan sonra mövsümün bərpasının mümkün olmadığını söyləyib. O, indiki məqamda insanların sağlamlığının ən mühüm məsələ olduğunu bildirib. Gerbrands UEFA-nın federasiyalara mövsümü hökmən sona qədər keçirməklə bağlı tapşırıq verməsini anlamadığını deyib.
Xatırladaq ki, Avropada hamıdan əvvəl Belçika Futbol Federasiyası mövsümü bərpa etməyəcəyini açıqlayıb.