Slider

header ads

Xavi Martines İspaniyaya qayıda bilər




İspaniyalı yarımmüdafiəçi Xavi Martines karyerasını yenidən vətənində davam etdirə bilər.
Almaniya mətbuatının məlumatına görə, 2021-ci ildə “Bavariya” ilə müqavilə müddəti başa çatan 31 yaşlı futbolçu İspaniyaya qayıtmaq niyyətindədir. Düzdür, Martines Münhen klubunda qalmağın da əleyhinə deyil. Amma “Bavariya” onunla müqavilə müddətini yeniləmək istəmir. Belə məqamda münhenlillər mövsümün sonunda onun transferindən gəlir əldə etmək fikrinə düşüb.
Əlavə edək ki, Martineslə “Xetafe” və “Atletik”in maraqlanması ilə bağlı məlumatlar da dolaşır.