Slider

header ads

Hemiltonla Fettel məvacibinin azaldılmasına razıdır


Lüis Hemiltonla Sebastyan Fettel müvəqqəti olaraq məvaciblərinin azaldılmasına razılıq verib.
“Planet F1” portalı yazır ki, “Mersedes” və “Ferrari” pilotları pandemiyaya görə öz komandalarının böhran vəziyyətinə düşməsinin qarşısını almaqdan ötrü güzəştə getməli olub. Qeyd edək ki, Hemiltonla Fettel hazırda Formula 1-də ən çox maaş alan pilotlardır.
Onlardan əvvəl isə“Maklaren”dən Lando Norrislə Karlos Sayns əməkhaqqının azaldılmasına razılaşmışdı. Bu aksiyaya Formula 1-indigər iştirakçılarının qoşulub-qoşulamayacağı isə hələ məlum deyil.