Slider

header ads

Rikkardo yeni texnologiyaya görə "Mersedes"i alqışlayıb



Son günlər “Mersedes”in DAS sistemindən istifadə etməsinə “Reno” pilotu Daniel Rikkardo da münasibət bildirib.
Avstraliyalı pilot sükanda tətbiq olunan bu sxemi tənqid edənlərdən fərqli “Mersedes”in yeniliyi haqda xoş fikirlər səsləndirib. Onun sözlərinə görə, əslində belə yeniliklərdən son illər “Mersedes”in kölgəsində qalan komandalar istifadə etməlidir. Amma nədənsə Almaniya komandasının hegemonluğuna son qoymaq üçün heç kim tədbir görmür. Əksinə “Mersedes” üstünlüyünü artırmaq üçün yeni texnologiyalara müraciət edir.
Bizi "Telegram"da izləyin