Slider

header ads

"Bayer"in müdafiəçisi "Arsenal"ın hədəfindədir



“Arsenal” “Bayer”in müdafiəçisi Jonatan Ta ilə maraqlanır.
Almaniya mətbuatının məlumatına görə, London klubu leverkuzenlilərə təklif göndərməyə hazırlaşır. Futbolçunun təzminat haqqı isə 40 milyon avrodur. Xatırladaq ki, Ta 2015-ci ildə 7,5 milyon avroya “Hamburq”dan “Bayer”ə keçib. 24 yaşlı müdafiəçi bu mövsüm bundesliqada keçirdiyi 18 oyunda cəmi 1 məhsuldar ötürmə edib.
Jonatan Tanın “Bayer”lə müqavilə müddəti 2023-cü ildə başa çatır.