Slider

header ads

Meza Kolli: "Azərbaycan mənim ikinci vətənimdir"


"Keşlə"nin legioneri Sezar Meza Kolli Azərbaycan milli komandasında çıxış etmək perspektivi haqda danışıb.
29 yaşlı paraqvaylı yarımmüdafiəçi uzun müddətdir burada olmağından məmnunluğunu ifadə edib: "Azərbaycan demək olar ki, mənim ikinci vətənimdir. Artıq 5 ildən çoxdur buradayam və millidən dəvət gəlsə, sevə-sevə qəbul edərəm. Bu baş versə, komandaya var gücümlə kömək etməyə çalışacağam".
Xatırladaq ki, AFFA-nın rəsmi məlumatında Sezarın 2013-cü ildən Azərbaycanda çıxış etməsinin nəzərə alındığı və onun milliləşdirilməsinin mümkünlüyü bildirilir.