Slider

header ads

Messinin lüks həyatı - qızıl telefon, təyyarə, 32 milyonluq ferrari...


"Barselona"nın ulduz futbolçusu Lionel Messinin lüks həyatı Avropa mətbuatının diqqətini çəkib.
Azarkesh.com xəbər verir ki, argentinalı oyunçunun məşhur Bellamar rayonunda böyük evi var. Futbolçu Garraf dağlarına və Aralıq dənizinə mənzərə açılan bu evi 2009-cu ildə 5 milyon avroya satın alıb. Villada panoram pəncərələrlə yanaşı, bir neçə terras mövcuddur.

Leo 1957-ci il istehsalı olan 32 milyonluq retro avtomobil "Ferrari 335 S Spider Scaglietti"yə də sahibdir. 2016-cı ildə bu maşın dünyada ən bahalı maşını hesab olunurdu. Messinin avtomobil kolleksiyasında Ferrari F 4430 Spider (280 min avro), Maseratti Granturismo (210 min avro), Audi Q7 (90 min avro), Audi R8 (220 min avro), Dodge Charger SRT8 (26 min avro), Lexus LX 570 (66 min avro) yer alır.

Argentinada 13 milyon avroya xüsusi təyyarə kirayələyən yarımmüdafiəçi iPhone XSMax telefonu işlədir. Messi telefonu özəlləşdirmək məqsədilə onu 24 karatlıq qızılla örtülməsinə qərar verib və telefonun qiyməti 7 min avroya çatıb.

Telefonun arxasında 10 nömrə yazısı, "Barselona"nın və "Argentina" milli komandasının emblemi, bundan əlavə həyat yoldaşı və övladlarının adı yazılıb.