Slider

header ads

Messi Ronaldo haqda xoş sözlər dedi


Lionel Messi Kriştiano Ronaldonun Real Madrid-dən ayrılması ilə bağlı fikirlərini bölüşüb.

Azarkesh.com xəbər verir ki, o, portuqaliyalı haqda xoş sözlər söyləyib:

"Ronaldonun ayrılması ilə Real Madrid çoxlu sayda qol itirdi. Bunun baş verəcəyi bəlli idi. Eyni zamanda o, komandaya başqa şeylər də verirdi. Hədəflərini adi bir şey kimi həyata keçirdi. Düzdür, onların möhtəşəm oyunçuları var, ancaq Ronaldo mövsümdə 50 qol vururdu”.

Qeyd edək ki, Ronaldo 2018-ci ilin yayında Madrid klubundan Juventus-a keçib.