Slider

header ads

Messi ÇL-də favorit gördüyü komandaların adını çəkdi



“Barselona”nın hücumçusu Lionel Messi bu mövsüm UEFA Çempionlar Liqasında favorit gördüyü klubların adını çəkib.
“El Mundo Deportivo” nəşrinə açıqlamasında Leo dolayı yolla işlərinin çətin olacağına işarə vurub: “ÇL-də oynamaq çətindir. Məsələn, PSJ Dortmundda “Borussiya”ya, “Liverpul” Madriddə “Atletiko”ya məğlub oldu. Mənə elə gəlir ki, bu il qələbəyə ən real namizədlər “Liverpul”, “Yuventus”, PSJ və “Real”dır”.
Xatırladaq ki, “Barselona” turnirin 1/8 finalında ilk oyunu fevralın 25-də səfərdə “Napoli”yə qarşı keçirəcək. Cavab oyunu isə martın 18-də olacaq. Ötən mövsüm “Barsa” yarımfinalda “Liverpul” səddini adlaya bilməmişdi.