Slider

header ads

"İnter" Mertens və Vertongeni transfer etmək istəyir


“İnter” klubu “Napoli”nin hücumçusu Dris Mertens və “Tottenhem”dən müdafiəçi Yan Vertongeni transfer etməyi planlaşdırır.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Hər iki futbolçunun məxsus olduğu komandalarla müqavilə müddəti yayda başa çatır. Plan baş tutsa, Milan təmsilçisi Belçika millisinin üzvlərinə pul ödəmədən sahib çıxacaq. Lakin xəbərdə bildirilir ki, Mertenslə “Napoli” rəhbərliyi arasında müqavilə müddətini yeniləməklə bağlı danışıqlar aparılır. Bununla yanaşı, “İnter”in futbolçunun agenti ilə əlaqə saxlayaraq daha cəlbedici şərtlər irəli sürdüyü deyilir.
Vertongenə gəlincə, onun “Tottenhem”lə danışıq aparmadığı, amma “Ayaks”a keçə biləcəyi barədə məlumatlar var.