Slider

header ads

Koronavirusla bağlı oyun hazırlandı



“Wechat” messencerində "Pangeon Döyüşü" (“battle of pathogens”) adlı oyun yayımlanıb.

Azarkesh.com "Thestar" saytına istinadla xəbər verir ki, oyun hazırda Çində geniş yayılan koronavirusla bağlıdır. "Pangeon Döyüşü" Çin Kommunist Partiyasının və Pekin hökumətinin rəsmi sərəncamı ilə "Ohayoo" studiyası tərəfindən hazırlanıb.

"Fruit Ninja"ya bənzəyən oyunda barmaq hərəkətlərindən yararlanmaqla, mobil cihazın ekranındakı əşyaları məhv etmək olar. Oyundakılar isə meyvə deyil, müxtəlif xəstəliklərin, o cümlədən, koronavirusun animasiyalarıdır. Oyunçu səhv etdikdə, temperatur yüksələcək və tibbi maska oyunçunun qorunmasını təmin edəcək.

Qeyd edək ki, Çində koronavirusdan ölənlərin sayı artaraq 2 236 nəfərə çatıb. Virusa yoluxanların ümumi sayı 75,4 min nəfərə çatıb. 18 264 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.