Slider

header ads

Kley Tompson zədə səbəbindən mövsümü başa vurub



“Qolden Steyt”in hücumameyilli müdafiəçisi Kley Tompson zədə səbəbindən mövsümün sonuna qədər meydana çıxa bilməyəcək.
Məlumatı Kaliforniya klubunun baş məşqçisi Stiv Kerr də təsdiqləyib. Onun sözlərinə görə Kleyin müntəzəm çempionatın qalan hissəsində komandaya kömək etmək imkanı 0-a bərabərdir. Amma təcrübəli mütəəxssis Tompsonun bərpa kursunun uğurla keçdiyini söyləyib. Buna rəğmən, Kerr 30 yaşlı basketbolçunun Tokio Olimpiadasında ABŞ millisinə dəvət olunacağını istisna etməyib.
Bizi "Telegram"da izləyin