Slider

header ads

Kaka: "Klopp, yoxsa Qvardiola? Məncə, indi Klopp"



Braziliya millisi və “Milan”ın sabiq futbolçusu Kaka Yürgen Kloppu hazırda dünyanın ən güclü məşqçisi sayır.
O, mətbuata açıqlamasında almaniyalı mütəxəssisi Xosep Qvardiola ilə müqayisə edib: “Klopp, yoxsa Qvardiola? Məncə, indi Klopp! Əlbəttə, hər ikisi yüksək səviyyəli məşqçidir və mən onların pərəstişkarıyam. Ötən mövsüm Pep üçün uğurlu alındı. Klopp da komandasına Çempionlar Liqasını qazandırdı və “Liverpul” bu mövsüm premyer liqada fırtına kimi əsir. Bu məşqçilərin komandasını izləmək çox xoşdur”.
Bizi "Telegram"da izləyin