Slider

header ads

Federer Avstraliyada rekordçu oldu


“Böyük Dəbilqə” seriyalı turnirlərdə 20 dəfə qalib olmuş Rocer Federer Avstraliya açıq tennis yarışında yeni rekord müəyyənləşdirib.
Belə ki, Melburn turniri 38 yaşlı isverçəlinin karyerasında 21-ci olub. Buna qədər Federer bu rekordu avstraliyalı Lleyton Hüittlə bölüşürdü. O, “Australia Open”in ilk mərhələsində amerikalı Stiv Consonsu məğlub edib – 6:3, 6:2, 6:2. Federerin 2004, 2006, 2007, 2010, 2017 və 2018-ci illərdə, yəni 6 dəfə sözügedən turnirin qalibi olduğunu xatırladaq.
Bu cəhətdən rekordçu isə turnirdə 7 dəfə 1-ci yeri tutmuş serbiyalı raketka ustası Novak Cokoviçdir.