Slider

header ads

Avropa çempinatının son günündə güləşçilərimiz daha 2 medal qazanıb



İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı sərbəstlərin mübarizəsi ilə başa çatıb.
Sonuncu yarış günü pəhləvanlarımız nə ilə yadda qalıblar? İntiqam Vəlizadə yarımfinalda dünya çempionu Beka Lomtadzeyə, bürünc medal uğrunda görüşdə isə rumıniyalı idmançıya uduzub. Hacımurad Hacıyev startda Polşa güləşçisini vaxtından əvvəl üstələsə də, dünya və Avropa çempionu Frank Çamizoya uduzub, qolu sındığı üçün isə təsəlliverici görüşə çıxa bilməyib. Abubakr Abakarov da mükafatçılar sırasına düşə bilməyib.
Lakin iki təmsilçimiz bürünc medal qazanmağa müvəffəq olub. Aslanbek Alborov təsnifat mərhələsində macar güləşçiyə aman verməyib, ancaq 1/4 finalda Türkiyə pəhləvanına məğlub olub. Rəqib finala yüksəldiyi üçün Alborov təsəlliverici qarşılaşmaya çıxıb və yerli güləşçini vaxtından əvvəl mübarizədən kənarlaşdırıb. Gürcüstan pəhləvanı ilə dueldən də qalib ayrılan təmsilçimiz karyerasında ilk dəfə Avropa çempionatının bürünc medalına yiyələnib.
Camaləddin Məhəmmədov isə 1/4 finalda məğlub olduğu Polşa güləşçisi finala çıxdığından mübarizəni davam etdirib. Təcrübəli güləşçi təsəlliverici görüşdə Avstriya, üçüncülük qarşılaşmasında isə Ermnistan güləşçisinə qalib gəlib – bu, Cəmaləddinin Avropa çempionatlarında 4-cü bürünc medaldır. Beləliklə, sərbəst güləş üzrə Azərbaycan yığması qitə çempionatını 1 gümüş və 4 bürünclə yekunlaşdırıb.