Slider

header ads

"Beşiktaş"a ağır itki


“Beşiktaş” klubu Türkiyə Super Liqasının 23-cü turu çərçivəsində “Trabzonspor”la qarşılaşacaq.

Azarkesh.com xəbər verir ki, "qara qartallar" bu qarşılaşmaya ciddi itki ilə çıxacaq. Komandanın aparıcı yarımmüdafiəçisi Adem Lyayiç sıradan çıxıb. 28 yaşlı serbiyalı futbolçu xəstəlikdən əziyyət çəkir. O, yüksək temperatur səbəbindən son məşqlərə də qatılmayıb.

Qeyd edək ki, “Beşiktaş” - “Trabzonspor” matçı fevralın 22-də keçiriləcək.