Slider

header ads

AFFA AVRO-2020 ilə bağlı tender elan etdi



AFFA Avropa çempionatının Bakıda keçiriləcək 4 oyununda təhlükəsizlik əməkdaşları üçün geyim dəstinin alışı ilə bağlı tender elan edir.

Azarkesh.com xəbər verir ki, geyim dəsti üçün baş geyimlər, uzunqol köynәk + yazı (steward) və şalvarlar tələb olunur. Bildirilib ki, təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərmək lazımdır. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.

Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi"ni, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifi qalib olduğu halda, tələb edilən malların mayın 10-dək təhvil veriləcəyinə dair zəmanət məktubunu martın 4-dək tender@affa.az elektron ünvanına göndərə bilər.

Qeyd edək ki, AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər. //AFFA